AzTU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir

Azərbaycan Texniki Universitetində (AzTU) 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitetin əməkdaşları və tələbələri iştirak ediblər.

 

AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov bildirib ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür və onun bütün tədbirlərində fəal iştirak edir. K.Rəsulov qeyd edib ki, ölkəmizdə mülki müdafiənin başlıca vəzifəsi əhalinin mühafizəsi və təhlükəsizliyidir. Prezident İlham Əliyev bütün sahələr kimi, mülki müdafiə sahəsinə də daim diqqət və qayğı göstərir. Ölkəmizdə Fövqəladə Hallar Nazirliyi sözügedən istiqamətdə mühüm işlər həyata keçirir. Prorektor onu da bildirib ki, AzTU-da tələbələrin mülki müdafiə sahəsində maariflənməsi istiqamətində mütəmadi tədbirlər təşkil olunur.

 

Daha sonra AzTU-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Ələsgər Vəliyev və şöbənin aparıcı mühəndisi İslam Hüseynov ölkədə, eləcə də universitetdə mülki müdafiə sahəsində görülən işlər barədə məlumat veriblər.

 



01.03.2022 | 17:57