Qazaxıstanlı tələbələr BDU-da təhsil alacaqlar

Qazaxıstan Respublikasının Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin 4 tələbəsi martın 1-dən yaz semestrinin sonunadək Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

 

Bu, BDU ilə Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (XDTMU) arasında 2018-ci il 5 may tarixində bağlanmış əməkdaşlıq memorandumu əsasında həyata keçirilir.

 

XDTMU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri - Tolemic Akzhunis və Zahid Talıbov BDU-nun hüquq fakültəsində ailə hüququ, dəniz və enerji hüququ dərslərində iştirak edəcəklər.

 

XDTMU-nun riyaziyyat müəllimliyi (ingilis bölməsi) ixtisası üzrə təhsil alan tələbələri - Galymzhan Saktaganov və Bauyrzhan Kuanyshbekuly isə BDU-nun mexanika-riyaziyyat fakültəsində funksional analiz, diskret riyaziyyat, riyazi məntiq dərslərinə qatılacaqlar.

 



02.03.2022 | 10:31