Tələbələr Mikrobiologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin (BDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) biologiya fakültəsinin IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

 

Təcrübə prosesi Mikrobiologiya İnstitutu ilə BDU, SDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında baş tutub.

 

Tanışlıq günündə tələbələrə öncə elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə geniş məlumat verilib.

 

Tələbələr laboratoriyalarda təcrübə dövründə onlar üçün hazırlanmış proqrama əsasən, müəssisənin elmi işçiləri ilə birgə tədqiqatlar apararaq öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı qazanacaqlar.

 

İnstitutun baş direktoru Pənah Muradov laboratoriyalarda olub, tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə maraqlanıb və öz tövsiyələrini verib.

 

Qeyd edək ki fevral ayının 16-da başlayan istehsalat təcrübəsi BDU-nun tələbələri üçün martın 14-nə kimi, SDU-nun tələbələri üçün isə mayın 25-nə kimi davam edəcək.

 

 



02.03.2022 | 15:39