Tələbələrin “Mühəndislik düşərgəsi” təşkil ediləcək

22-26 mart tarixlərində Qubada Təhsil İnstitutunun və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə tələbələrin “Mühəndislik düşərgəsi” təşkil ediləcək.

 

Düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.

 

Düşərgədə iştirak etmək istəyən tələbələr 10 mart 2022-ci il tarixinədək https://forms.gle/kCU3oG5c8DJeFFm67 link vasitəsilə qeydiyyatdan keçməlidir. Tələbə qeydiyyatdan keçdikdən sonra riyaziyyat üzrə baza biliklərinin, eləcə də məntiqi təfəkkürünün yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdır.

 

Düşərgədə müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər. Tələbələrə maraqlı olan mövzular-layihələrin idarə olunması, kommersiyalaşma, mühəndislikdə idarəetmə ilə bağlı müxtəlif seminarlar keçiriləcək, onlara hazırda dünyada mühəndislik sahəsində baş verən təcrübələr göstəriləcək.

 

Təlimlərin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.

 

Qeyd edək ki, düşərgənin təşkilində əsas məqsəd tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqənin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan trendlərdən tələbələri xəbərdar etmək, eləcə də real əmək bazarının hansı mühəndislik səriştələri tələb etdiyini öyrətmək, həmçinin onların asudə vaxtının səmərəli təşkilidir.

 

 



03.03.2022 | 15:14