Müəllimlərə güzəştli ipoteka imkanı

2020-ci il üzrə 197, 2021-ci il üzrə isə 430 nəfər olmaqla, ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb. 
 

Qeyd edək ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda  7 may 2020-ci il tarixində edilmiş dəyişikliklərə əsasən, gənc ailənin üzvü olan və azı 3 il ümumi təhsil müəssisəsində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslərə güzəştli ipoteka almaq hüququ verilib.

 

 



03.03.2022 | 17:30