“Təhsil” Respublika İdman Mərkəzinin üzvü Azərbaycan kubokunun qalibi olub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən oğlan və qızlar arasında velosipedin trek növü üzrə Federasiya kubokunun və oğlanlar arasında Azərbaycan MTB (Mountain bike-dağ velosipedi) kubokunun I mərhələ yarışları keçirilib. 

 

“Təhsil” Respublika İdman Mərkəzinin velosiped idman növü üzrə yığma komandasının üzvü Əmral Əbdüləzizli yarışlarda qızıl medal qazanaraq  mərhələ üzrə Federasiya və Azərbaycan kuboklarının qalibi olub. 

 

 



10.03.2022 | 12:25