İyul ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 9 329 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 9 329 müraciət daxil olub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 4 350 zəng qəbul edilib.

 

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 979 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 014 sənəd (620 ərizə, 373 məktub, 21 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

 

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu ilə bağlı məsələləri əhatə edib.

 

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı, (1 148 müraciət) bazar ertəsi (970 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 340 müraciət) və çərşənbə axşamı (1 143 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.

 



01.08.2018 | 15:18