“Çempionun uğur yolu”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Çempionun uğur yolu” adlı görüş keçirilib. Görüşün qonağı ölkənin tanınmış idmançısı, 3 qat Dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc və gümüş medalçısı Hacı Əliyev olub.

 

Əvvəlcə ADPU-nun rektoru Cəfər Cəfərov Hacı Əliyevi qəbul edərək Azərbaycan idmanına verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib.  

 

İdmançının tələbələrlə görüşündə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev Azərbaycanda idmana dövlət qayğısından, aparılan sistemli işlərdən, idmançılarımızın dünya miqyasındakı uğurlarından danışıb.  

 

3 qat Dünya və Avropa çempionu Hacı Əliyev idman karyerasından, əldə etdiyi nailiyyətlərdən söz açaraq, uğura gedən yolun çətin, amma qürurverici olduğunu qeyd edib.

 

Qarşıda onu gözləyən “Paris 2024” Olimpiya oyunlarında qızıl medalı hədəfləyən H.Əliyev bu yarışdan da  qalib çıxacağına inandığını bildirib.

 

Görüş  diskussiya ilə davam edib.

 

 



14.03.2022 | 11:02