BDU-nun professoru “Dunya alimi” sertifikatına layiq görülüb

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov elmi nailiyyətlərinə görə beynəlxalq elmmetrik ( “Web of Science”) bazanın “Dunya alimi” (“World scientist”) sertifikatına layiq görülüb.

 

Sertifikatda göstərilir ki, professor X.Qənbərov mikrobiologiya sahəsi üzrə əldə etdiyi elmi nailiyyətlərə görə BDU-da və Azərbaycanda 1-ci, Asiyada 160794 alim içərisində 614-cü və dünyada 725853 alim içərisində 1701-ci yerdədir.

 

Bu barədə BDU-dan bildirilib.

 

 



14.03.2022 | 16:37