Universitetin bir qrup əməkdaşı Macarıstanda elmi ezamiyyətdə olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsinin Ekologiya kafedrasının assistentləri Günay Abbasova və Ceyhunə Hacıyeva, Ümuni Əkinçilik Genetika, Seleksiya kafedrasının baş müəlimləri- Dünya İsayeva və Mina Məmmədova Avropanın ən böyük kənd təsərrüfatı yönümlü, çoxsahəli ali təhsil müəssisələrindən biri, Macarıstanın Gödöllö şəhərində yerləşən Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində (MATE) ezamiyyətdə olublar.

 

Ezamiyyətin ilk günü universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zsusanna Tarrın qəbulunda olan ADAU əməkdaşlarına son yüzillikdə MATE-dəki kənd təsərrüfatı və pedaqoji bilik mərkəzlərinin iqtisadiyyat, sosial və humanitar elm sahələri ilə birləşib inkişaf etməsindən danışılıb.

 

Aqronomluq ixtisası üzrə tədqiqatçı Melinda Mathe mineral gübrələrin səmərəli normalarını taxıl bitkilərinə tətbiq etməklə taxıl bitkilərinin inkişafına, struktur göstəricilərinə, məhsuldarlığına təsirinin öyrənilməsi barədə məlumat verib.

 

Melinda Mathe və ERASMUS+ üzrə koordinator Papp Szilvia təcrübə sahəsində biohumusdan istifadə edərək bitki məhsuldarlığının artırılması haqqında bilgilər də  paylaşıb.
 

Növbəti gün universitet kitabxanasının müdiri Szilvia Molnar ADAU əməkdaşlarını kitabxana ilə tanış edib. Hər bir iştirakçı öz tədqiqat işinə uyğun materiallarla tanış olub.

 



15.03.2022 | 13:14