ADU-nun əməkdaşı Almaniyada təlim kursunda iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) Keyfiyyətin təminatı və monitorinq şöbəsinin rəhbəri, fəlsəfə doktoru Sayana Bağırova Təhsil Nazirliyinin nümayəndələri ilə birgə Almaniyada  Avropa İttifaqının rəhbərliyi ilə  Erasmus+ proqramı çərçivəsində təşkil olunmuş, təhsil işçiləri və mütəxəssislər üçün nəzərdə tutulmuş təlim kursunda  iştirak edib.

 

Adıçəkilən təlimdə Bolqarıstan, Niderland, Almaniya, Ukrayna, Azərbaycan və Gürcüstanı təmsil edən təhsil üzrə mütəxəssislər şəxsi təcrübə və peşəkar bacarıqlarını inkişaf etdirməklə yanaşı, öz akademik təcrübələrini bölüşüblər.

 

Eyni zamanda təlimdə iştirak edən təhsil işçiləri Azərbaycanın tarixi, multikultural və milli dəyərləri, adət-ənənələri, mədəniyyəti, incəsənəti, musiqisi və təhsili haqqında təqdimatlarla çıxış edib, müzakirələr aparıblar.

 

Onlar ölkəmizi tanıtmaq məqsədi ilə  “Azerbaijan Cultural Evening” adlı Azərbaycan günü də keçiriblər. Tədbirdə  44 günlük Vətən müharibəsində  qazandığımız zəfər, həmçinin milli bayramlarımız haqqında ətraflı məlumat veriblər.

 

Tədbir zamanı Qarabağın simvolu hesab olunan  Xarıbülbül nişanları nümayəndələrimiz tərəfindən qonaqlara hədiyyə edilib. 

 



15.03.2022 | 17:36