Dizayn sahəsində aparıcı mütəxəssislərlə silsilə görüşlərə start verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində bir çox avtomobil istehsalı şirkətləri ilə əməkdaşlıq edən, beynəlxalq müsabiqələrdə yüksək nailiyyətlər qazanan, Azərbaycanın ilk peşəkar maşın dizayneri Samir Sadıxovun gənclərlə görüşü keçirilib.

 

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Dizayn ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. 
     

Mərkəzinin direktoru Fərid Kərimov  dizayn sahəsində aparıcı mütəxəssislər, eləcə də digər tanınmış şəxslərlə silsilə görüşlər layihəsinə start verildiyini bildirib. 
Daha sonar S.Sadıxov peşəkar və yaradıcı fəaliyyətindən, keçdiyi həyat yolundan, dizayn sahəsində beynəlxalq təcrübələrindən danışıb. Elm-təhsil, intellektual inkişafla bağlı müxtəlif tövsiyələr verib və layihələrini nümayiş etdirib. 
     

Diskussiya formatında davam edən görüşdə çağdaş dizayn yenilikləri barədə fikir mübadiləsi aparılıb.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 



16.03.2022 | 13:05