Mingəçevir Dövlət Universitetində Novruz tonqalı

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə tədbir keçirilib.

 

Universitetin həyətində təşkil olunan tədbirdə MDU-nun rektoru Şahin Bayramov ali məktəbin əməkdaşlarını və tələbələrini Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

 

Tədbirdə çıxış edən MDU-nun dosenti Namaz Manafov Novruz bayramının tarixindən bəhs edib və Azərbaycan xalqının bu milli bayramının əsas xüsusiyyətləri barədə ətraflı məlumat verib.

 

Sonra MDU tələbələri tərəfindən Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib.

 

Bayram tədbirində universitetin əməkdaşları və tələbələri ilə yanaşı, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.

 

 



16.03.2022 | 14:07