“Novruz töhfələri”adlı tədbir keçirilib

Martın 17-də Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Novruz bayramına həsr olunmuş “Novruz töhfələri” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib. 

 

Tədbirdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.

 

Musiqili-əyləncəli tamaşada 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin  istedadlı aktyorları, rəqs kollektivləri, gənc vokalçıları Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib.

 

Tədbirdə uşaqlar nağıl qəhrəmanlarını canlandırıb, xalqımızın qədim bayramı olan Novruz adət-ənənələrini, bahar ətirli bir-birindən rəngarəng rəqsləri, musiqi nömrələrini  nümayiş etdirib.  


 Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub. 

 

 



17.03.2022 | 19:10