BDU-da Novruz bayramına həsr olunmuş “Xonça müsabiqəsi”

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramına həsr olunmuş “Xonça müsabiqəsi” keçirilib.

 

“Xonça müsabiqəsi”ndə universitetin bütün fakültə və şöbələri iştirak ediblər.

 

BDU-nun rektoru Elçin Babayev kollektivi yenilik, oyanış bayramı olan Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizə, xalqımıza əmin-amanlıq, sülh arzulayıb. Universitetin bütün qurumlarının “Xonça müsabiqəsi”ndə aktiv iştirak etdiklərini bildirən rektor vurğulayıb ki, müsabiqədə çox maraqlı ideyalardan istifadə olunub.

 

Daha sonra müsabiqənin qalibləri elan edilib. 

 

Müsabiqə Komissiyasının qərarı ilə Protokol sektorunun xonçası I yerə, Tədrisin təşkili və idarəolunması Mərkəzi, sosial elmlər və psixologiya fakültəsinin xonçaları II yerə,  İctimaiyyətlə əlaqələr və informasiya, İnsan resursları və hüquq şöbələrinin, kitabxanaçılıq və informasiya, filologiya, tarix fakültələri, eləcə də İqtisadiyyat və Humanitar Kollecin xonçaları III yerə layiq görülüb.

 

 



19.03.2022 | 14:31