“Yüksək keyfiyyətli təhsil müasir gəncliyin əsas meyarıdır” mövzusunda XIII elmi konfrans

Mingəçevir Dövlət Universitetində (MDU) iqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş “Yüksək keyfiyyətli təhsil müasir gəncliyin əsas meyarıdır” mövzusunda XIII elmi konfransı keçirilib. Konfransda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli tələbə gənclərin karyera inkişafında təhsillə yanaşı, elmi fəaliyyətin də mühüm rol oynadığını vurğulayıb. Son dövrdə gənclərin hərtərəfli inkişafı, eləcə də onların tədqiqat bacarıqlarının artırılması məqsədilə universitetdə yaradılan imkanlardan danışan N.Qədimli tələbələrin elmi potensialının inkişafına dəstək göstərən akademik heyət üzvlərinə təşəkkürünü bildirib. Konfransın mövzusunun aktuallığından bəhs edən dekan tələbələri müzakirələrdə fəal olmağa çağırıb və onlara uğurlar arzulayıb.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, hər il martın 27-si ölkəmizdə “Elm Günü” kimi qeyd edilir. “Elm Günü” çərçivəsində MDU-da akademik heyət üzvləri və tələbələrin iştirakı ilə müxtəlif elmi tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə xüsusi önəm verilir.

 

 



20.03.2022 | 11:38