“Ən yaxşı təqdimat” müsabiqəsinə qeydiyyat başlayır

Martın 28-də “Ən yaxşı təqdimat” müsabiqəsinə elektron ərizə qəbuluna start verilir. Qeydiyyat prosesi  www.portal.edu.az üzərindən həyata keçirilir.
 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqədə iştirak etmək istəyən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər.
 

Müsabiqə müəyyən olunmuş mövzular əsasında rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə video formatda təşkil ediləcək.
 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.


Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədilə müvafiq informasiya sistemi qurulub. Belə ki, olimpiada və müsabiqələrin təşkili, idarəolunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçirilir. Həmçinin, qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.

 



28.03.2022 | 10:42