Universitet müəllimləri üçün treninq

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Tips for Advanced English Academic Writing” adlı treninq keçirilib. Treninqdə təlimçi qismində AzMİU-nun Elmi tədqiqat şöbəsinin müdiri, dosent Nərmin Rzayeva çıxış edib. Tədbirdə universitetin ingilis dilində tədris aparan və sertifikatlara malik olan 40 müəllimi iştirak edib.  

     

Treninq zamanı iştirakçılara akademik yazı üslubunun yeni trendlərindən, elmi məqalələrdə işıqlandırılan elmi nəticələrin daha aydın təsvir olunması üsullarından, mətndəki vurğuların düzgün qoyulmasından, elmi məqalələrdə qrammatik qaydaların xüsusiyyətlərindən bəhs olunub. Müəllimlər çoxsaylı tapşırıqları yerinə yetirib, özləri üçün faydalı məlumatlardan bəhrələnib. Bu isə tədbirin interaktiv şəkildə keçirilməsini təmin edib.
     

Tədbirin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb. 

 



29.03.2022 | 12:11