Bakı Ali Neft Məktəbinin məzunu “Google”da işə qəbul olunub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti “Google”da işə qəbul olunub. O, 2013-cü ildə 680 balla BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü R.Rəhimli Ali Məktəbi 2018-ci ildə Fərqlənmə diplomu ilə və ixtisas birincisi kimi bitirib.

 

Qeyd edək ki, “Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış, ABŞ-da yerləşən transmilli şirkətdir. “Google” internetdəki bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini “AdWords” proqramı ilə reklamlardan qazanır. Şirkətin yaradılmasında məqsəd dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir.



30.03.2022 | 14:30