“Səyyar ADA” Lənkəran Dövlət Universitetində

ADA Universitetinin Tələbə qəbulu şöbəsinin baş mütəxəssisləri Leyla Əliyeva, Ləman Hüseynli və baş müəllim Lalə Məmmədova “Səyyar ADA” layihəsi çərçivəsində  Lənkəran Dövlət Universitetində (LDU) olublar.

 

Qəbul şöbəsinin əməkdaşları  LDU tələbələrinə ADA Universiteti,  ali məktəbin magistratura proqramları, təqaüd imkanları və qəbul qaydaları barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

Daha sonra L.Məmmədova tələbələrə akademik yazı mövzusunda qısa mühazirə deyib, akademik yazının və oxunun strategiyaları barədə tələbələrlə fikir mübadiləsi aparıb.

 

 



30.03.2022 | 16:03