İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş tədbir

Azərbaycan Dövlət Pedaqoji Universiteninin (ADPU) məktəbəqədər təhsil fakultəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri pedaqoji təcrübədə olduqları Xətai rayonu A.Məhərrəmov adına 95 saylı tam orta məktəbdə şagirdlərlə birlikdə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş dəyirmi masa təşkil ediblər.

 

Tədbirdə 8-ci sinif şagirdləri , tələbələr, ADPU-nun Pedaqoji psixologiya kafedrasının  baş müəllimi  Nigar Məmmədova, məktəbin direktor müavini Tahir Ağayev, məktəbin kitabxanaçıları Alidə Hadıyeva və Fəxriyyə  Cəfərova iştirak ediblər.

 

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini T.Ağayev bildirib ki, dəyirmi masanın təşkilində hər bir tələbə məsuliyyətlə çalışıb, şagirdlərlə daimi olaraq əməkdaşlıq ediblər.

 

Tədbirdə tələbələrin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı şagirdlər üçün hazırladıqları maarifləndirici videoçarxlar nümayiş etdirilib, şagirdlər və tələbələr mözvu çərçivəsində müzakirələr aparıblar.

 

Sonda fakultənin dekanı Şəhla Əliyeva, baş müəllim Nigar Məmmədova  və təcrübəçi tələbələr Nəzrin Şirinova, Sürayə Heydərova, Təhminə Səfərova, Simuzər Bəylərova, Nərmin Qəfərzadə, Pərvanə Şirinova, Lalə Bərmuzi, Nəzrin Şirinova və  Nərmin Həsənova məktəbin direktoru Elçin Abdullayev tərəfindən məktəbin sosial həyatında göstərilən fəaliyyətə görə “Təşəkkürnamə” ilə təltif olunublar.

 

 



30.03.2022 | 18:44