"Xəmsə" intellektual bilik yarışı

Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” intellektual bilik yarışı keçirilib.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, bilik yarışına qoşulan 11 komanda arasında 1- ci yeri Yuxarı Mərcanlı kənd tam orta məktəbinin "Xan Çinar" komandası, 2- ci yeri Çərəkən kənd tam orta məktəbinin "Qarabağ Azərbaycandır" komandası, 3- cü yeri 8 nömrəli tam orta məktəbin "Zəfər Yolu" komandası, həvəsləndirici yeri isə Mehdili kənd tam orta məktəbinin "Çinar" komandası qazanıb.

 

Şakir CƏFƏROV

 

 



31.03.2022 | 13:00