BDU-da 194 tələbə təhsil tələbə kreditindən yararlanıb

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Dövlət Universitetində (BDU) görüş keçiriblər.

 

Görüşdə təhsil tələbə kreditinin verilməsi qaydaları barədə məlumat verilib, tələbələrin bu istiqamətdə maarifləndirilməsi yolları müzakirə olunub.

 

Qeyd olunub ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.

 

Bildirilib ki, payız semestrində BDU-da 194 tələbə təhsil tələbə kreditindən yararlanıb. Bu sayın daha da artması üçün tələbələr arasında Fondun fəaliyyəti və təhsil tələbə kreditlərinin üstünlükləri ilə bağlı təbliğat işlərinin genişləndirilməsi barədə razılıq əldə olunub.



06.04.2022 | 11:51