Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin 8-ci iclası keçirilib

Aprelin 5-də Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin səkkizinci iclası keçirilib.


Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət, Səhiyyə nazirlikləri və  Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət heyət iştirak edib. 


İclas zamanı Azərbaycan Respublikası və Avropa İttifaqı arasında sözügedən alt komitənin əhatə etdiyi sahələr üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

 

 



06.04.2022 | 10:05