Bakı Dövlət Universitetində qazilərlə görüş

Bakı Dövlət Universitetinin SABAH mərkəzinin təşkilatçılığı, Mirzə Ələkbər Sabir Fondunun dəstəyi ilə Vətən müharibəsi və Aprel döyüşlərinin qaziləri ilə görüş keçirilib.

 

Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli Aprel döyüşlərini qələbənin ilk qığılcımı kimi dəyərləndirib, onun tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

 

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, Vətən müharibəsi iştirakçıları və qaziləri - komando qrupunun komandiri Ramiz Məmmədzadə, İbrahim Həsənov, polkovnik -leytenant İntiqam Məhərrəmov, polkovnik-leytenant Nihad Abdullayev, polkovnik-leytenant Akif Rəhimov, kəşfiyyatçı Vidadi Əliyev, XTQ-nin ehtiyatda olan hərbi qulluqçuları- Natiq Mehdiyev və Elməddin Novruzov döyüş yolları haqqında çıxış edib, müharibə xatirələrini tələbələrlə bölüşüblər.

 

Tədbirdə yazıçı Varis Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və Xocalı qətliamından bəhs edən “Qırmızı ləçəklər”, araşdırmaçı-jurnalist Aida Eyvazlı isə Aprel döyüşlərinin qəhrəmanları haqqında ərsəyə gətirdiyi ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitablarını ən yaxşı nəticəsi olan tələbələrə hədiyyə ediblər.

 

SABAH qrupunun Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Fizzə Məmmədova şəhidlərimizə həsr etdiyi “Şəhidim, sənə söz verirəm...” şeirini səsləndirib.

 

Sonda SABAH qrupunun Hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Zübeyr Bağırzadə “Cənab leytenant” mahnısını ifa edib.

 



06.04.2022 | 15:19