AzTU-da IX Spartakiada başlayıb

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən IX Spartakiadaya start verilib. Spartakiada çərçivəsində basketbol, voleybol, stolüstü tennis, şahmat və futzal idman növləri üzrə yarışlar təşkil olunub.

 

AzTU-nun İdman sarayında keçirilən yarışlarda universitetin tələbə və əməkdaşları iştirak edir.

 

Spartakiadaya 15 apreldə yekun vurulacaq.

 

 



07.04.2022 | 11:00