“Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı”

29-30 aprel 2022-ci il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” keçiriləcək.

 

Konfransın əsas məqsədi gənclərin elmə olan marağını artırmaqdır. Bununla yanaşı, dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, həmçinin ortaq problemlərin müzakirəsi və onların həlli yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək tədbirin əsas hədəfləri sırasındadır.

 

Konfransın əsas istiqamətləri mühəndislik, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir.



08.04.2022 | 17:18