“Partnyor elm-təhsil treki” adlı beynəlxalq layihə çərçivəsində mühazirələr

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Belarus Respublikasının Baranoviç Dövlət Universitetinin (BarDU) əməkdaşlığı çərçivəsində “Partnyor elm-təhsil treki” adlı beynəlxalq layihə baş tutub. Layihədə MDU və BarDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.

 

Layihə çərçivəsində MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “Müasir insanın multikultural tərbiyəsi gələcək qlobal rifahın qarantıdır”, İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev “Azərbaycanın milli iqtisadiyyatının inkişafının dövlət tənzimlənməsinin xüsusiyyətləri (müasir reallıqlar şəraitində)”, İnformasiya texnologiyaları kafedrasının dosenti Elmira İsrafilova “Tranzaksiyaların paralel işləməsi zamanı yaranan problemlər” və  Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti Tural Xəlilov “Rəqəmsal iqtisadiyyatda məşğulluq və idarəetmə” mövzularında mühazirələrlə çıxış ediblər.

 

Mühazirələr BarDU-nun tələbə və magistrantları tərəfindən maraqla qalşılanıb.

 

Qeyd edək ki, beynəlxalq əlaqələrin inkişafına, müxtəlif ölkələrdən olan ali təhsil müəssisələri ilə tərəfdaşlığa önəm verən MDU-da ortaq elmi konfransların, tədbir və layihələrin gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır.

 



08.04.2022 | 17:34