Məktəb-liseydə əsaslı təmir işləri başa çatmaq üzrədir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Zərdab rayon H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin binasında aparılan əsaslı təmir işləri son tamamlama mərhələsindədir.

 

Təhsil şöbəsindən verilən məlumata görə, 1176 şagird yerlik məktəb-liseydə  əsaslı təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə “Xim Ekspres-2000” MMC tərəfindən aparılır.

 

Təhsil ocağında əsaslı təmir işlərinə 2016-cı ildən başlanılıb. Bu il istifadəyə verilməsi nəzərdə tutulan məktəb-liseydə tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq.

 

 

Şakir CƏFƏROV

 

 

 



09.08.2018 | 16:31