BDU-da “Paşa Bank”ın növbəti təlimi

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Bank”ın birgə tərəfdaşlığı ilə təlimlər davam edir.

 

BDU-da növbəti təlim “Paşa Bank”ın KOS bankçılıq departamentinin rəqəmsal qeyri-kredit məhsullar üzrə qrup rəhbəri Xanım Rüstəmova tərəfindən “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda keçirilib.

 

Təlimdə uğurlu biznes strategiyasının qurulması, beynəlxalq təcrübə və KOS bankçılıqla bağlı tələbələrə məlumat verilib.

 

Təlim interaktiv şəkildə davam edib, mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

 

 



11.04.2022 | 16:46