“Təhsil” Respublika İdman Mərkəzinin üzvlərinin beynəlxalq uğuru

Gürcüstanın Tbilisi şəhərində 2012-2013-cü il təvəllüdlü oğlanlar arasında futbol idman növü üzrə “Tbilisi Kuboku-2022” beynəlxalq turnir keçirilib.

 

Həmin yarışa Gürcüstan, Qazaxıstan və Azərbaycandan 8 komanda qatılıb. Turnirin nəticəsinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin birinci komandası qızıl, ikinci komandası gümüş medala layiq görülüb. Qazaxıstan komandası isə III yeri tutub. 

 

Mərkəzin üzvlərini təbrik edir və uğurlar arzulayırıq!



14.04.2022 | 09:50