Dünya İncəsənət Günü münasibətilə tələbələrin yaradıcılıq sərgisi

Bakı Mühəndislik Universitetinin  Memarlıq və Dizayn ixtisaslarında təhsil alan I kurs tələbələrinin yaradıcılıq sərgiləri keçirilib. Sərgi 15 aprel - Dünya İncəsənət Günü münasibətilə təşkil olunub.

 

Memarlıq və dizayn kafedrasının müdiri, professor Sabir Orucov müasir dövrdə Memarlıq və Dizayn ixtisaslarının mahiyyəti, önəmi barədə ətraflı məlumat edib. I kurs tələbələrinin belə yüksək səviyyədə sərgi təşkil etmələrini sevindirici hal kimi qiymətləndirən S. Orucov bildirib ki, sərginin əsas məqsədi tələbələrin həyata, əşyalara və formalara fərqli yöndə baxışını öyrənmək, həmçinin onların ərsəyə gətirdikləri əsərləri ictimaiyyət arasına çıxarmaqdır.

 

Sərgidə Dizayn ixtisası tələbələri “Stil & Z” - stilizə başlığı altında maraqlı formalarla kağız üzərində quaş boyalarla çəkilmiş rəsm əsərləri nümayiş etdiriblər. Memarlıq və dizayn kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə tələbələrin bir ay müddətində “Dizaynın əsasları 2” fənnindən hazırladıqları stilizasiyaya düzənləmələrinə aid maket və yaradıcı kompozisiyalar sərgidə yer alıb.

 

Memarlıq ixtisasının tələbələri isə kafedranın professoru S.Orucov və müəllimi Zərifə Əlixanovanın rəhbərliyi ilə “Modelləşdirmə” fənnindən  hazırladıqları müxtəlif maketlər təqdim ediblər.

 



16.04.2022 | 13:48