Məzun və son kurs tələbələrinin CV bankı yaradılır

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanovun göstərişi ilə ali məktəbin məzunlarının CV bankı yaradılır. Bu məqsədlə UTECA məzunları və sonuncu kurs tələbələrinin şəxsi məlumatlarının (CV) toplanmasına start verilib. 

 

Universitetdən bildirilib ki, CV bankının yaradılmasında məqsəd UTECA məzunları olan işaxtaranlarla müəssisələr arasında operativ əlaqə yaratmaq, tələbələrin gələcək karyeralarına dəstək göstərməkdən ibarətdir.  Belə ki, universitetin rəsmi saytında CV bankı adı altında müvafiq bölmə açılacaq, CV-lər orada yerləşdiriləcək. Bundan başqa, mütəmadi olaraq müəssisələrdən universitetə vakant yerlərə dair məlumatlar daxil olur ki, məzunların şəxsi məlumatlarının həmin müəssisələrə, eləcə də yaşayış yerinə uyğun başqa müəssisələrə göndərilməsi nəzərdə tutulub.

 

 

 



18.04.2022 | 10:00