Asiyada iqlim dəyişikliyi, su-enerji-qida sistemlərində yaranan problemlərin həlli müzakirə olunub

26 iyul 2019-cu il tarixində CASCADE, Çinin Nankin Kənd Təsərrüfatı Universiteti və Amerika Birləşmiş Ştatlarının Miçiqan Dövlət Universiteti arasında Asia HUB birgə tədbirlərinin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumuna əsasən, yeni tədqiqat prioritetlərini və imkanlarını özündə birləşdirən dünyanın nüfuzlu universitetlərinin rektorlarının iştirakı ilə illik onlayn görüş baş tutub.



Görüşün əsas məqsədi Asiyada iqlim dəyişikliyi, qlobal pandemiyalar qarşısında su-enerji-qida sistemlərində yaranan problemlərin həlli, qlobal tədqiqat imkanlarının öyrənilməsi, tədrisin problemsiz şəkildə kurikuluma inteqrasiya olunması, Asiya universitetlərində beynəlxalq sertifikatlaşdırma və kreditləşdirmə modelinin prototipinin hazırlanması üçün beynəlxalq tərəfdaşlığın və bilik mübadiləsinin təşviqi olub.



Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova görüşdə çıxış edərək, ADAU-da həyata keçirilən beynəlxalq layihələr, ikili diplom proqramları və universitetin beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib.

 

 



20.04.2022 | 12:05