Botanika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) regional nümayəndəsi, Jerome Vitre tərəfindən qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

 

Elmin inkişafına istiqamətləndirilmiş memoranduma əsasən, tərəflər arasında  palinoloji, paleobotaniki və botaniki sahələr üzrə birgə tədqiqatlar aparmaq, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toplanan tədqiqat nümunələrinin mübadiləsi, maraqlı tərəfləri cəlb etməklə toplantı, seminar və konfranslar keçirmək barəsində razılığa gəlinib.

 

 

 



20.04.2022 | 14:23