Şəhid məzunun məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının üzvləri həmin fakültənin Riyaziyyat ixtisasında təhsil almış şəhid Manaf Bəhmənlinin məzarını ziyarət ediblər. Tələbələr şəhid məzunun məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

 

Ziyarətdə bildirilib ki, Manaf Bəhmənli universitetdə oxuduğu illərdə hər zaman ictimai fəallığı, yardımsevərliyi ilə seçilib. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb, sentyabrın 27-də şəhidlik zirvəsinə yüksəlib. Qeyd olunub ki, diqqətcil, gülərüz, vətənpərvər bir igid kimi tanınan Manaf Bəhmənlinin əziz xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək.

 

 

 



21.04.2022 | 17:16