Qılıncoynatma üzrə beynəlxalq turnirdən qızıl medal

Türkiyənin Antalya şəhərində oğlan və qızlar arasında qılıncoynatma idman növü üzrə beynəlxalq turnir keçirilib.

 

Türkiyə, ABŞ, Gürcüstan, Qazaxıstan və Azərbaycan komandalarının mübarizə apardığı turnirdə Təhsil Nazirliyinin 1 nömrəli idman liseyinin idmançılarından Mirnuray Abbasova (U-12) və Nəzrin Mehdiyeva (U-14) qılıncoynatmanın şpaqa növü üzrə I yer tutaraq  yarışın qızıl medalını qazanıb.

 

İdmançıları təbrik edir, yeni uğurlar arzulayırıq!

 

 



22.04.2022 | 11:10