Avropa İttifaqının gənclər üçün təklif etdiyi təqaüd imkanları ilə bağlı infosessiya

Mingəçevir Dövlət Universitetində Gənc Avropa Səfirləri şəbəkəsinin (YEAN - Young European Ambassadors Network) təşəbbüsü ilə Avropa İttifaqının gənclər üçün təklif etdiyi təqaüd imkanları ilə bağlı infosessiya keçirilib.

 

MDU-nun tələbə və magistrantlarının iştirak etdiyi infosessiyada Gənc Avropa Səfirlərindən Kamilə Süleymanlı “Xarici ali təhsil müəssisələrinə müraciət”, Aytac Möhsümzadə “Vişegrad təqaüd proqramı”, Rəhim Abbasov “Erasmus+ ilə qısa və uzunmüddətli mübadilə, ESC proqramları”, Sadiq Hacılı “DAAD təqaüd proqramı”, Əli Məmmədov “Erasmus Mundus proqramı”, Rauf Məmmədyarov “Avropa Birliyində təcrübə imkanları” və Cavid Rəhimli “Gənc Avropa Səfirləri” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da milli və beynəlxalq ali təhsil məkanında mövcud imkanlardan maksimum, səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş verən yeniliklər və dəyişikliklər barədə universitetin tələbə, müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

 



25.04.2022 | 15:44