Beynəlxalq Yer Kürəsi Günü ilə bağlı ağacəkmə aksiyası

Bakı Dövlət Universitetinin (BDU) kollektivi İDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıl Marafon kampaniyası çərçivəsində Beynəlxalq Yer Kürəsi Gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib.

 

Tədbir zamanı iştirakçılar tərəfindən Bakının Müşfiqabad qəsəbəsində 1000-dən çox ağac əkilib.

 

Ağacəkmə aksiyasında adıçəkilən nazirlik yanında İctimai Şuranın nümayəndələri, BDU, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Diplomatik Akademiyasının tələbələri, Bakı Modern Təhsil Kompleksi və Sumqayıt şəhərindəki N.Tusi adına 12 nömrəli məktəbin müəllim və şagirdləri iştirak ediblər.

 

 



25.04.2022 | 16:16