BDU-nun voleybol və stolüstü tennis komandaları qalib olub

Yasamal rayonu ərazisində yerləşən ali təhsil müəssisələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş voleybol və stolüstü tennis turnirləri keçirilib. Turnirin təşkilatçıları Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatıdır.

 

Bakı Dövlət Universitetinin (BDU) qızlardan ibarət voleybol komandası turnirin finalında Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandasına qalib gələrək I yeri qazanıb.

 

BDU-nun stolüstü tennis komandası da finalda Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandasına 5:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, turnirlərdə BDU-nun komandası ilə yanaşı, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin komandaları da iştirak ediblər. 

 

 



25.04.2022 | 18:20