UNEC SABAH-ın təşkilatçılığı ilə VII Vyana balı

UNEC SABAH-ın təşkilatçılığı ilə ənənəvi VII Vyana balı keçirilib.

 

Tələbələrin müasir mədəni dünyagörüşünün artırılması, onların musiqi və rəqs zövqünün inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi məqsədilə keçirilən Vyana balında Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin üzvləri və UNEC-in struktur rəhbərləri, UNEC SABAH-ın müəllim və tələbələri iştirak ediblər.

 

“Marriott Boulvard” hoteldə təşkil olunan möhtəşəm Vyana balında SABAH məzunları  və tələbələri bal rəqsləri, eləcə də klassik, milli, müasir rəqslərin peşəkar səviyyədə ifası ilə yanaşı, bir-birindən gözəl, fərqli çıxışlar ediblər. Vyana balında bəstəkar Tofiq Quliyevin “Dostum” musiqisinin sədaları altında tələbələrin müəllimləri rəqsə dəvət etmələri iştirakçıların xüsusi marağına səbəb olub.

 



27.04.2022 | 17:07