Paytaxt məktəbliləri Türkiyədə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvləri və rəhbərləri Türkiyədə keçirilən beynəlxalq uşaq festivalında iştirak ediblər.

 

İzmir Karşıyaka bələdiyəsi tərəfindən təşkil olunan festivalda 4 nömrəli UGİM-in “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri milli rəqslərimizi və musiqi nömrələrimizi ifa edib və şeirlər səsləndiriblər. Azərbaycanlı şagirdlərin rəngarəng çıxışları maraqla qarşılanıb.

 

Festival çərçivəsində məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələri, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqındakı bilgilərini öz həmyaşıdları ilə bölüşüblər.

 

Festivaldan sonra şagirdlər tarixi yerlərə və muzeylərə ekskursiya ediblər.

 

Qeyd edək ki, beynəlxalq səviyyədə keçirilən festivalın əsas məqsədi uşaqlar arasında qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.

 

 



29.04.2022 | 15:04