ADAU ilə “Agrarco” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Agrarco” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Memoranduma ADAU-nun rektoru, professor İbrahim Cəfərov və “Agrarco” MMC şirkətinin İdarə heyyətinin sədri Cavid Kazımov imza atıb.
 

Bildirilib ki, şirkətin əsas məqsədi kadr seçimi, şimal-qərb zonasındakı fındıq bağlarına fəal aqronomları cəlb etmək, eyni zamanda tələbələr üçün təlimlər və gələcəkdə istehsalat təcrübəsində onlar üçün əlverişli şərait imkanları yaratmaqdır.
 

Tədbirdə ADAU-nun elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Təcrübə və Karyera Mərkəzinin direktoru Gülnaz Əsgərova, “Agrarco” MMC şirkətinin Şimal-qərb regionunun direktoru Vüqar Mohumayev, təşkilatı inkişaf meneceri Rəhim Mustafayev, kommersiya direktoru Faiq Baxşıyev iştirak ediblər.
 

Sonda qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olmaq üçün yeni tədris korpusuna, müasir laboratoriyalarına, Mühəndislik korpusuna və tələbə parkına baş çəkiblər.

 

 



29.04.2022 | 16:21