“Şuşa- Qarabağın incisi” adlı elmi seminar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Dil- ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası və Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası  kafedralarının birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Şuşa - Qarabağın incisi ” adlı elmi seminar təşkil olunub.

 

Seminarda filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Filialın direktoru, dosent Xudayar Sultanlı Qafqazın incisi olan Şuşa şəhərinin bu il 270 illiyinin ölkə miqyasında geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.

 

Daha sonra filialın baş müəllimləri Şöhrət Namazova “Qarabağın tarixi”, Tofiq İsgəndərov “Şuşanın ədəbi-mədəni mühiti” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Seminarda filialın tələbələri Ülkər Abdıyeva, Vüsalə Quliyeva, Rüqəyya Eminova, Zəhra Feyziyeva Şuşa haqqında şeirlər səsləndiriblər.

 

Sonda Şuşaya həsr olunan videoçarx izlənilib.

 



04.05.2022 | 11:14