Almaniyada təqaüdlü təhsil proqramı ilə bağlı təqdimat

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  Almaniyada təqaüdlü təhsil- DAAD təqaüd proqramı ilə bağlı təqdimat keçirilib.

 

Tədbirdə  DAAD-ın Tbilisi nümayəndəliyinin direktoru Gebhard Reul, Almaniyada təhsil üzrə məsləhətçi, Azərbaycandan sorğulara cavabdeh olan məsul şəxs Sevər Qarayeva, həmçinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri və tələbələr iştirak ediblər.

 

DAAD-ın Tbilisi nümayəndəliyinin direktoru G.Reul Almaniyada təhsil, DAAD təqaüd proqramı, Azərbaycan üçün DAAD təqaüdləri və müraciət qaydaları haqqında geniş təqdimatla çıxış edib.

 

Almaniyada təhsil üzrə məsləhətçi S.Qarayeva adıçəkilən ölkədə müxtəlif ixtisaslar üzrə təhsil təqaüdü, magistr, PhD təhsili və yay dili kursu, o cümlədən DAAD təqaüd proqramı ilə bağlı ətraflı məlumat verib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 



05.05.2022 | 10:17