“Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfrans başa çatıb

Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans başa çatıb.

 

Konfransa Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən institutlar, müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.

 

Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu öndər  Heydər  Əliyev və  Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və  filologiya  məsələləri” və digər mövzularında məruzələri dinlənilib.

 

Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları olub,  iştirakçılara sertifikatlar təqdim edilib. 

 



06.05.2022 | 10:12