“Sən elə bir zirvəsən”

Respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika ifa müsabiqəsi keçirilib. Bu ilin fevral ayının 1-dən start götürən müsabiqəyə may ayının 5-də yekun vurulub.

 

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı ifa müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsilə həmişə prioritet sahə kimi baxan, xalqımızın qəlbində əbədi yaşayan  ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, əsrin böyük azərbaycanlısı, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ideyalarını gənclərə örnək göstərmək və onun zəngin irsi işığında tərbiyə etmək, gənclərin asudə vaxtlarını səmərəli təşkilidir. Həmçinin xüsusi istedad, bacarıqları olan gənclərin üzə çıxarılması, onların ifa mədəniyyətinin yüksəldilməsi, gənc nəslin milli ruhda böyüməsi və adət-ənənələrimizin qorunub saxlanılması, nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, milli rəqsə, incəsənətə olan marağını artırmaq, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi müsabiqənin əsas şərtlərindəndir.

 

Müsabiqə şeir, rəqs və mahnı nominasiyalarıı üzrə keçirilib.

 

3 mərhələ üzrə keçirilən müsabiqədə iştirak edən musiqiyönümlü orta ixtisas təhsili müəssisələri eyni profilli müəssisələr ilə yarışıblar.

 

Müsabiqənin sonunda I, II, III yerlərin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Vüqar SƏLİMOVA,

“Peşə təhsili və insan kapitalı” jurnalının əməkdaşı



13.05.2022 | 14:04