Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyinə həsr edilmiş şeir müsabiqəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında böyük şairimiz Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyinə həsr edilmiş şeir müsabiqəsi keçirilib.

 

Müsabiqənin ilk mərhələsi Şamaxı Rayon Təhsil Şöbəsi tərəfindən orta məktəblərdə təşkil olunub. Filialda keçirilən ikinci mərhələdə rayonun müxtəlif məktəblərindən olan şagirdlər M.Ə.Sabir yaradıcılığından gözəl nümunələrə müraciət etməklə bir-birindən maraqlı kompozisiya və səhnəciklər təqdim ediblər.

 

Münsiflər heyəti qismində xalq artisti, professor İlham Namiq Kamal, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, Şamaxı Rayon Mədəniyyət Mərkəzinin Xalq Teatrının rejissoru Əbdül Məcidli, filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidovanın iştirak etdiyi müsabiqədə I, II, III və həvəsləndirici yerləri tutan şagirdlər  hədiyyələrlə mükafatlandırılıb.

 

 



14.05.2022 | 11:38