Almaniya Türk tarixi və mədəniyyətləri muzeyinə virtual səyahət

Almaniya Türk tarixi və mədəniyyətləri muzeyinin müdiri Cəmaləddin Özdəmirin bələdçiliyi ilə onlayn konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, həmçinin dosent Elmira Süleymanova, baş müəllimlər- Samirə Ramazanova və Cəfər Xanəliyev, kafedranın əməkdaşları Gülşən Xalıqova, Sahibə Musayeva, tarix və coğrafiya fakültəsinin tyutor və tələbə heyəti iştirak edib.

 

Konfransda Türk tarixini, həmçinin Azərbaycan tarixini, milli-mənəvi dəyərlərini daha canlı və əhatəli şəkildə anlatmaq üçün sikkələr, milli geyimlər, miniatürlər, rəsmlər və xalçalardan ibarət eksponatlar, kolleksiyalar nümayiş etdirilib.

 

Konfrans çərçivəsində iştirakçılar Almaniya Türk tarixi və mədəniyyətləri muzeyinin beynəlxalq fəaliyyəti ilə də yaxından tanış olublar.

 

 



16.05.2022 | 16:03