“Microsoft” tərəfindən keçirilən təlimi izləmək istəyənlərin nəzərinə!

Mayın 17-də “Microsoft” şirkəti azərbaycanlı müəllimlər üçün “Windows-un müasir versiyalarında tədris alətləri“ mövzusunda təlim təşkil edir. 

 

Müraciət edən ilk 500 nəfər üçün üzbəüz formatda  tərtib edilən təlim “Microsoft” şirkətinin “Windows” və “Microsoft Office” kimi məhsullar üzrə aparıcı eksperti Marat Xayrulin tərəfindən aparılacaq. 

 

Təlimdə iştirak üçün müraciət sayının çoxluğunu nəzərə alaraq təlim eyni zamanda saat 11:00-dən etibarən “Virtual məktəb” platforması üzərindən də canlı olaraq yayımlanacaq. 

 

Görüşdə iştirak etmək istəyənlər aşağıdakı linkə qoşularaq alətlərin canlı nümayişini izləmək və  faydalı materiallar əldə etmək imkanı əldə edə bilərlər:

https://bit.ly/3MlShIv

 

Qeyd edək ki, ötən tədris ilində eyni məzmunlu təlim 900-ə yaxın müəllimin iştirakı ilə "Virtual məktəb" platforması üzərindən onlayn təşkil edilib. 

 

 



17.05.2022 | 11:14